Mahir Emreli: “Nəhayət, qol vurmaq istəyirəm”

8 Avqust 2025 12:40 Bizimkilər 890
Mahir Emreli: “Nəhayət, qol vurmaq istəyirəm”

"Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin forvardı Mahir Emreli 2-ci Bundesliqa çərçivəsində keçiriləcək "Şalke" ilə oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Bild"ə açıqlama verib. O deyib:

"Şalke" ilə oyunda, nəhayət,Ə qol vurmaq istəyirəm. Növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edirəm.

Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".

"Kayzerslautern" 2-ci Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke"ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM