Azərbaycanlı futbolçu Afrikada iş icazəsi ala bilmir

8 Avqust 2025 01:00 Bizimkilər 898
Azərbaycanlı futbolçu Afrikada iş icazəsi ala bilmir

Turan Manafovun yeni komandası “Stellenboş”da debütü yubana bilər.

Sportinfo.az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ölkə çempionatının startını buraxmaq təhlükəsi ilə üzləşib.

Buna səbəb Manafovun ölkədə iş icazəsinin hələ almamasıdır. Bu üzdən onun CAR çempionatının yeni mövsümünün 1-ci turunda “Kayzer Çifs”lə keçiriləcək oyunda iştirakı gözlənilmir.

Buna baxmayaraq, rəhbərlik sənədləşmə işlərini bu günlərdə həll etməyə çalışır.

“Stellenboş”un “Kayzer Çifs”lə ev oyunu avqustun 10-da baş tutacaq. “Kəpəz”dən ayrıldıqdan sonra CAR-a üz tutan cinah müdafiəçisinin debütü bu gedişlə daha sonraya qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM