Seçkilər üçün namizədlər açıqlandı - O, iddiasını ortaya qoydu

03:40 Bizimkilər 79
Seçkilər üçün namizədlər açıqlandı - O, iddiasını ortaya qoydu

Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) İdarə Heyətinə seçkilər üçün namizədlər açıqlanıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, IPC-nin İcraiyyə Komitəsinə 28 namizəd arasında Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) sabiq prezidenti, hazırda Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının (IBSA) prezidenti olan İlqar Rəhimov da var.

IPC prezidenti vəzifəsi uğrunda isə qurumun braziliyalı hazırkı rəhbəri Endrü Parsons və cənubi koreyalı Donq Hyun Bae mübarizə aparır.

Seçkilər sentyabrın 27-də Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək.

İlqar Rəhimov 1996 - 2023-cü illərdə AMPK-nin prezidenti olub. O, 2021-ci ildə IBSA-nın vitse-prezidenti, 2023-də isə prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 20:00 Çək və bizə göndər!
3 Avqust 03:40 Nazim 100 dollar qazandı