“Turan”dan getdi, növbəti qolunu vurdu - Qırğızıstanda

4 Avqust 2025 02:10 Bizimkilər 949
“Turan”dan getdi, növbəti qolunu vurdu - Qırğızıstanda

Orxan Əliyev yeni klubu “Ozqon”da 2-ci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası Qırğızıstan çempionatının 15-ci turunda “Talant”la qarşılaşıb.

Matç “Ozqon”un 2:0 qələbəsiylə başa çatıb.

Orxan bu görüşdə iştirak edib. 29 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, komandasının ilk qolunu da vurub.

İyul ayında "Turan Tovuz"dan "Ozqon"a keçən Orxan ötən tur komandada rəsmi debüt edib və qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti