Mahirin "Kayzerslautern"də rəsmi debütü uğursuz alındı

4 Avqust 2025 00:40 Bizimkilər 717
Mahirin "Kayzerslautern"də rəsmi debütü uğursuz alındı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində rəsmi debüt edib.

Sportinfo.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olub.

Mahir Emreli qarşılaşmanın start heyətində yer alıb. O, 67-ci dəqiqədə Ricmund Tacie ilə əvəzlənib.

Oyun "Hannover"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Aseko Nkili vurub.

M.Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM