“Neftçi” və daha iki klubun maraq dairəsindədir - Türkiyədə çıxış edən millinin oyunçusu

3 Avqust 2025 14:00 Bizimkilər 3 834
“Neftçi” və daha iki klubun maraq dairəsindədir - Türkiyədə çıxış edən millinin oyunçusu

Millinin yarımmüdafiəçisi Coşqun Diniyev Azərbaycana qayıtmaq imkanı əldə edib.

29 yaşlı orta sahə oyunçusu Premyer Liqanın 3 klubunun maraq dairəsindədir.

«Sabah» 2019-2021-ci illərdə xidmətindən yararlandığı keçmiş futbolçusunu geri qaytarmağa həvəs göstərir.

Həmçinin «Neftçi» və «Turan Tovuz» onun şərtlərini gözdən keçirir.

Yığmanın sabiq baş məşqçisi Şahin Diniyevin içik oğlu 2023-cü ilin yayından etibarən Türkiyədə legioner həyatı yaşayır.

O, bu müddətdə 3 komanda dəyişib: «Ümraniyespor» və «Bandırmaspor»un şərəfini qoruyub.

Cari ilin əvvəlində ilyarımlıq müqavilə imzaladığı «Corum»dan isə bugünlərdə ayrılıb və hazırda azad agent statusu daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM