Azərbaycandan “Braqa”nın oyununa gedənlər olacaq - ADLAR

3 Avqust 2025 03:30 Bizimkilər 809
Azərbaycandan “Braqa”nın oyununa gedənlər olacaq - ADLAR

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk matçını idarə edəcək.

Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.

Avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM