“Mahir Emreli onun kimi hücumçu deyil” - Almanlar deyir

29 İyul 13:20 Bizimkilər 1 247
“Mahir Emreli onun kimi hücumçu deyil” - Almanlar deyir

Almaniya mətbuatı ikinci Bundesliqanın yeni mövsümünün başlaması ərəfəsində "Kayzerslautern"in yeni futbolçularını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, yerli həmkarlarımız Mahir Emrelinin performansına toxunub.

"Wochenblatt Reporter" nəşri Emreli barədə bunları yazıb:

"Qoleador Raqnar Axenin “Köln”ə transferi proqnozlaşdırıldığı kimi ağrılı idi. Hər mövsümdə ardıcıl olaraq 15-dən çox qol vuran hücumçunu bir gecədə əvəz etmək olmazdı.

"Kayzerslautern" İvan Pratajin və Mahir Emrelini transfer edərək, hücumameyilli 2 oyunçu əldə etdi ki, onlar rəqibə qol vurmaq üçün qapının harada olduğunu dəqiq bilir.

Amma Mahir Emreli Axe kimi sırf hücumçu deyil.

Lakin əksinə, yaxşı hərəkətlilik və sürətə malik olan, həmçinin meydanın mərkəzində topu qəbul edib və ya cinahlara keçməyi bacaran oyunçudur. İvan da həmçinin".

Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 17:30 Çək və bizə göndər!