
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.
M.Emreli əsas heyətdə yer alıb.
Oyun “Kayzerslaytern”in 125 illiyinə həsr olunub. Hazırlıq matçı olmasına baxmayaraq, görüşü stadionda 35 min 650 nəfər azarkeş izləyib.
Matç "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun fasiləsindən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.