Azərbaycanlı Sevda Çempionlar Liqasının finalına təyinat aldı

27 İyul 2025 03:10 Bizimkilər 514
Azərbaycanlı Sevda Çempionlar Liqasının finalına təyinat aldı

Azərbaycanlı hakim Sevda Nuriyeva qadın futbolçular arasında Çempionlar Liqasına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Nuriyeva 1-ci qrupda yarımfinal və final oyunlarında iş başında olacaq.

O, əvvəlcə iyulun 30-da Estoniyanın "Tallina" və Layviyanın "Riqa" komandaları arasındakı görüşdə yan xətt hakimlərindən biri kimi fəaliyyət göstərəcək.

Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

Daha sonra isə Nuriyeva avqustun 2-də final matçında laynsman kimi sloveniyalı baş hakim Taşa Misaya yardım edəcək.

Lüksemburqdakı "Açill Hammerel" stadionunda təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM