Millimizin hücumçusunun “Mator”u “Poqon” tərəfindən “söndürüldü”

02:20 Bizimkilər 101
Millimizin hücumçusunun “Mator”u “Poqon” tərəfindən “söndürüldü”

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" "Poqon"un qonağı olub.

Ekstraklasanın 2-ci turu çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı "Motor" açsa da, "Poqon" 4 dəfə fərqlənib - 4:1. Bu görüşə start heyətində başlayan Renat 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb. "Motor" növbəti turda öz meydanında "Yaqelloniya" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti