Mahir Emrelidən yeni klubunda ŞOK ETİRAF: “Evim üçün darıxıram” - VİDEO

27 İyul 2025 09:25 Bizimkilər 2 217
Mahir Emrelidən yeni klubunda ŞOK ETİRAF: “Evim üçün darıxıram” - VİDEO

Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli evi üçün darıxmağa başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçunun özü klub televiziyasının keçirdiyi sorğuda açıqlama verib.

"Ötən həftə kim və nə üçün daha çox darıxmısınız?" sualına Emrelinin cavabı belə olub: "Evim üçün darıxmışam".

Mahir Emreli "Kayzerslautern"ə iyunun 24-də transfer olunub. O, 2021-ci ilin yayından Azərbaycandan xaricdə çıxış edir.

İndiyədək Polşa ("Legiya"), Xorvatiya ("Dinamo Zaqreb"), Türkiyə ("Konyaspor") və Almaniyada ("Nürnberq") legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM