Mahir “Roma”ya qarşı oynadı, 7 nəfərdən biri oldu ki…

27 İyul 2025 00:40 Bizimkilər 690
Mahir “Roma”ya qarşı oynadı, 7 nəfərdən biri oldu ki…

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya II Bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.

M.Emreli əsas heyətdə yer alıb.

Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.

Sözügedən görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyun “Kayzerslaytern”in 125 illiyinə həsr olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM