Bakıda mənzillər buna görə bahalaşırmış: Hansı həll yolu təklif olundu? - VİDEO

26 İyul 2025 08:10 Bizimkilər 499
Bakıda mənzillər buna görə bahalaşırmış: Hansı həll yolu təklif olundu? - VİDEO

Tikinti üçün plana düşən ərazilərdə vətəndaşların bir qismi kompensasiya məbləği, bir qismi isə yeni tikiləcək binadan mənzil istəyir.

Əmlak üzrə ekspert Firdovsi Xəlilov deyir ki, paytaxt ərazisində hazırda mərhələli şəkildə söküntü işləri həyata keçirilir.

Bu zaman özəl tikinti şirkətləri qarşısında hər hansı tarif olmadığından vətəndaşı bu və ya digər formada razı salmağa çalışırlar.

Ekspert deyir ki, bu üsul mənzil bazarında ciddi şəkildə qiymət artımı ilə nəticələnir.

Çünkü həm tələb olunan astronomik məbləğlərin, həm də köçürülmə üçün razılaşan vətəndaşların kirayə pulunun qarşılanması, xərcləri xeyli artırır.

Ekspert bildirib ki, bu cür halların qarşısını almaq üçün özəl tikinti şirklətləri üçün də vahid tarif formalaşdırılmalıdır.

Bu üsulla inşa edilən binanın xərcləri azaldığı halda mənzil bazarında da ucuzlaşma müşahidə etmək olar.

Daha ətraflı videomaterialı təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM