Komandanın “ip”i azərbaycanlı hücumçuya tapşırıldı: “Bu vəziyyəti idarə edə bilərəm”

25 İyul 08:50 Bizimkilər 430
Komandanın “ip”i azərbaycanlı hücumçuya tapşırıldı: “Bu vəziyyəti idarə edə bilərəm”

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun klubu “Dinamo”da forma nömrəsi dəyişib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Almaniya klubu ötən mövsüm 9 nömrəni geyinən forvarda bu dəfə 10 nömrəni həvalə edib.

Regionalliqa təmsilçisinin İdarə Heyətinin rəhbəri Peter Meyer bunu yeni mövsümdən liderlik funksiyasını Dadaşovun daşıması ilə əlaqələndirib:

“Rüfətin qalmasından çox məmnunuq. O, məsuliyyəti öz üzərinə götürməli və komandaya liderlik etməlidir.

Meydanda yeni rola keçib. Artıq mərkəz hücumçusu yox, hücumçu arxasında oynayır. Kapitan olub-olmamasından asılı olmayaraq, Rüfət liderlik rolunu ürəkdən qəbul edir”.

33 yaşlı futbolçu özü də meydandakı yeni rolundan məmnunluqla danışıb:

“Baş məşqçi Dennis Kutrieb bu rolu ötən mövsümün ikinci yarısında sınamışdı. Mənə əvvəldən xoş gəlirdi, oyunun gedişatında daha çox iştirak edirəm.

Düşünürəm ki, bu, komandaya da xeyirlidir. 10 nömrə görəcəyim işə daha uyğun gəlir.

Biz gənc komandayıq. Bu vəziyyəti idarə edə bilərəm. Çünki “Şalke-2”də də bir neçə təcrübəli oyunçudan biri idim”.

Rüfət Dadaşov “Dinamo” ilə yeni 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!