Avropa klubu azərbaycanlı oyunçu ilə uzunmüddətli müqavilə bağladı

24 İyul 2025 20:20 Bizimkilər 2 470
Avropa klubu azərbaycanlı oyunçu ilə uzunmüddətli müqavilə bağladı

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Varazdin"də (Xorvatiya) davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ölkənin əsas çempionatında mübarizə aparan "Varazdin" Rüfətlə 3 illik müqavilə imzalayıb.

Onun klubla danışıqları "Asadov Pro Bridge" agentliyinin rəhbəri Emil Əsədov tərəfindən aparılıb.

Rüfət Abdullazadə karyerası ərzində "Sumqayıt"ın da formasını geyinib. O, son klubu "Səbail"dən ötən həftə ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti