Rusiyalı baş məşqçi azərbaycanlı müdafiəçini yeni klubuna apardı

08:50 Bizimkilər 582
Rusiyalı baş məşqçi azərbaycanlı müdafiəçini yeni klubuna apardı

Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkın "Sumqayıt"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

O, "Serik Bələdiyyəspor"a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sərtanla 1 illik müqavilə imzalandığı bildirilib.

Sərtan Taşkın ötən mövsüm "Sumqayıt"la Premyer Liqada 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Serik Bələdiyyəspor"un baş məşqçisi vaxtilə ölkəmizdə "Simurq"u çalışdırmış Sergey Yurandır.

Millimizin sabiq üzvü bu kluba keçdi

Digər Xəbərlər
Xəbər Lenti