Millimizin hücumçusu yeni klubunda debüt etdi, “sarı” aldı, sevindi

21 İyul 2025 08:20 Bizimkilər 660
Millimizin hücumçusu yeni klubunda debüt etdi, “sarı” aldı, sevindi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Motor Lublin"də debüt edib.

Sportinfo.az xəbər verir ki, Polşa yüksəl liqası Ekstraklasada yeni mövsümün ilk turu çərçivəsində Dadaşovun komandası öz meydanında "Arka"nı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunda yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub. Renat Dadaşov meydana 46-cı dəqiqədə - hesab 0:0 olanda çıxıb. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Dadaşov ötən mövsümün ikinci yarısında Polşanın digər klubu "Radomyak"da çıxış edib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti