Vüsal Konfrans Liqasında pis yadda qaldı - Tiranadan VİDEO

19 İyul 2025 02:10 Bizimkilər 328
Vüsal Konfrans Liqasında pis yadda qaldı - Tiranadan VİDEO

Vüsal İsgəndərli "Partizani"nin heyətində Konfrans Liqasında Estoniya "Nomme Kalyu"suna qarşı I təsnifat mərhələsinin cavab görüşündə iştirak edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi meydana start heyətində çıxıb.

Tirana şəhərindəki "Arena Kombëtare"də keçirilmiş oyunun əsas vaxtı qolsuz tamamlanıb.

​​​​​​​

40-cı dəqiqədə İsgəndərli kobud oyuna görə sarı vərəqə alıb. 80-ci dəqiqədə onun komanda yoldaşı Culiano Skuka penaltini dəqiq yerinə yetirə bilməyib.

İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxt təyin olunub.

Bu bölümün startında İsgəndərli əvəzlənib. 104-cü dəqiqədə isə Nikita İvanov "Kalyu"nun qələbə topunu vurub.

Nəticədə "Partizani" mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti