Yığmamızın müdafiəçisi Türkiyənin Birinci Liqa klubunda - RƏSMİ

19 İyul 2025 00:50 Bizimkilər 392
Yığmamızın müdafiəçisi Türkiyənin Birinci Liqa klubunda - RƏSMİ

Azərbaycan millisinin oyunçusu Mert Çelikin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Səbail"dən ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

25 yaşlı mərkəz müdafiəçisi "Sivasspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mert Çeliklə imzalanan müqavilənin detalları barədə hələlik məlumat verilməyib.

Superliqanı tərk edən "Sivasspor" yeni mövsümdə Türkiyə I Liqasında çıxış edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti