
Xəbər verdiyimiz kimi, Qırğızıstana gedən legioner karvanına Orxan Əliyev də qoşulub.
"Turan Tovuz"dan ayrılan forvard kayrerasını ölkə xaricində davam etdirəcək.
29 yaşlı ön xətt oyunçu Orta Asiya respublikasından gələn təklifə "hə" deyib.
"Abdış-Ata" Əliyevin xidmətində maraqlıdır.
Buna kimi isə təcrübəli sima ölkəmizdə kifayət qədər cəlbedici təklif alıbmış.
Birinci Liqanın debutantı "Şəfa" "Xəzər Lənkəran"ın sabiq üzvünə elçi düşüb.
Özü də aylıq 10 min manat maaş təklif ilə.
Amma futbolçu Bakı təmsilçisinin təklifini geri çevirərək ölkə xaricinə getməyi seçib.
Maraq üçün bildirək ki, Orxanın Qırğızıstandakı qazancı təxminən "Şəfa"nın təklif etdiyi ilə aşağı-yuxarı eyni olacaq.
Sadəcə futbolçu aşağı liqadansa, ölkə xaricində oynamağı üstün tutub.
Gənclər millimizin sabiq üzvü "Turan Tovuz" və "Xəzər Lənkəran"dan başqa "Sumqayıt", "Kəpəz", "Araz-Naxçıvan", "Qaradağ Lökbatan", "Qəbələ"də forma geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ