Mahir təklif aldı – Razısansa, 1 illik müqaviləyə qol çək!

23 Dekabr 2024 01:00 Bizimkilər 12 202
Mahir təklif aldı – Razısansa, 1 illik müqaviləyə qol çək!

“Nürnberq” Mahir Emrelini buraxmaq istəmir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Almaniyanın II Bundesliqa klubu millimizin hücumçusunun müqavilə müddətini artırmağı planlaşdırır.

Buna görə də “Nürnberq” Emreli ilə danışıqlara başlayıb. 7 yaşlı forvardın hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.

“Nürnberq” isə onu daha bir il, 2025/2026 mövsümünün sonuna qədər artırmağı təklif edir.

Millimizin üzvü hələ ki, “Nürnberq”ə konkret cavab verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!