Azərbaycanın ən yaxşı klubu “Beşiktaş”, “Tottenhem” və “Napoli”ni keçdi

21 Dekabr 2024 17:20 Bizimkilər 1 082
Azərbaycanın ən yaxşı klubu “Beşiktaş”, “Tottenhem” və “Napoli”ni keçdi

Azərbaycan klublarının Avropadakı mövqeləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, İFFHS-in bu gün açıqladığı dünya reytinqində yer alan 504 komandadan 285-i “Köhnə qitə”ni təmsil edir.

Onlardan dördü Azərbaycan klublarıdır. “Qarabağ” 177,5 xalla Avropanın 45-cisidir.

Qurban Qurbanovun komandası Avropa Liqasında uduzduğu “Tottenhem” və “Lion”u qabaqlayır. “Monako”, “Anderlext”, “Beşiktaş”, “Napoli”, “Betis”, “Leypsiq”, “Brest” və “Jirona” kimi komandalar da aşağı sıralardadır.

94,25 xalı olan “Zirə” 126-cı, 62,5 xala malik “Sabah” 237-ci sırada qərarlaşıb. Siyahıda debüt edən “Turan Tovuz” 53,75 xalla qitənin 284-cüsüdür.

Dünya reytinqində “Qarabağ” 67-ci, “Zirə” 219-cu, “Sabah” 409, “Turan Tovuz” 496-cı yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!