Avropa klubu azərbaycanlı futbolçudan XƏBƏR VERDİ - AYRILDIQ

17 Dekabr 2024 20:20 Bizimkilər 1 636
Avropa klubu azərbaycanlı futbolçudan XƏBƏR VERDİ - AYRILDIQ

"Arda" Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovla yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bolqarıstanın yüksək liqa təmsilçisinin yaydığı açıqlamada bildirilib.

21 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub.

C.Hüseynov karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Məlumatda bildirilib ki, o, "Şamaxı"da çıxış edəcək.

Azərbaycanlı futbolçu 2023-cü ilin yayından "Arda"da çıxış edirdi. O, bu komanda ilə bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub.

C.Hüseynov "Arda"ya keçməzdən əvvəl Azərbaycanda "Zirə" və "Şamaxı"da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!