COP29

Azərbaycanlı forvard qonşu ölkənin tanınmış klubunda ilk dəfə forma geyindi - FOTALAR

12 Dekabr 2024 01:10 Bizimkilər 2 072
Azərbaycanlı forvard qonşu ölkənin tanınmış klubunda ilk dəfə forma geyindi - FOTALAR

Gürcüstanda dünyaya gələn, əslən Azərbaycandan olan Yusuf Mehtiyev "Dinamo"nun (Tbilisi)heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu Tbilisi klubunun heyətində Gürcüstan çempionatının son turunun "Qaqra" ilə oyununda start heyətində meydana çıxıb.

"Dinamo" 0:1 hesabıyla uduzub. Mehtiyev isə fasilədə komanda yoldaşı ilə əvəzlənib.

Bu matç mövsümün son görüşü olub.

"Dinamo" mövsümü 7-ci pillədə başa vurub. Gürcüstan çempionu isə "İberiya" olub. Əlavə edək ki, Yusufun "Dinamo" ilə müqavilə müddəti 2027-ci il yanvarın 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı