Bu ölkənin mətbuatı azərbaycanlı hücumçudan “bəh-bəh”lə yazır…

6 Noyabr 2024 13:20 Bizimkilər 1 872
Bu ölkənin mətbuatı azərbaycanlı hücumçudan “bəh-bəh”lə yazır…

Xorvatiya mətbuatı ötən yay “Dinamo”dan (Zaqreb) “Nürnberq”ə keçən Mahir Emrelinin çıxışından yazıb.

Sportinfo.az xəbər verir ki, “Sportske novosti” nəşri millimizin forvardının Almaniya klubundakı uğurlu performansı barədə bunları qeyd edib:

"Ardıcıl dördüncü matçda Almaniyada qol vuran “Dinamo”nun keçmiş hücumçusu Mahir Emreli fantastik formadadır. O, ikinci Bundesliqanın 11-ci turunun "Hamburq"la matçında da (1:1) qol vurmağı bacardı.

Ardıcıl dördüncü oyunda qol vuraraq əla çıxışını davam etdirdi. O, bundan öncə ölkə kubokunda "Hoffenhaym"la görüşdə, həmçinin "Regensburq" və "Qroyter"lə liqa oyunlarında da qol vurmuşdu".

Mahir Emreli yayda "Nürnberq"lə 1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?