
Moskva "Torpedo"sunda çıxış edən David Qarayev Azərbaycanın əsas millisində oynaya bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin 27 yaşlı hücumçusu “Sport24.ru” saytına müsahibəsində deyib:
“Azərbaycan millisində oynaya bilərəm. Lakin hələ qərar verməmişəm. Millidə olmaq əladır, amma yaxınlarım hamısı Rusiyadadır”.
Qeyd edək ki, Qarayev Azərbaycanın U-18 yığmasında 5 matça çıxıb.