"Bursaspor"un baş məşqçisi Tamer Tuna bugünlərdə Türkiyə mətbuatına verdiyi açıqlamada Namiq Ələsgərovdan danışıb.
"Timsahlar"ın bir neçə legionerlə problem yaşadığını xatırladan 46 yaşlı mütəxəssis düşərgədə olan 3 əcnəbi oyunçunun komandaya can yandırdığını bildirib:
"Komandalarda tez-tez əcnəbi futbolçularla bağlı problemlər olur. Onsuz da, Namik Ələskərov bizdən biri kimidir.
Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir.
Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".
Ötən ilin avqustunda "Neftçt"dən "Bursaspor"a transfer olmuş yarıımmüdafiəçi 3 illik müqabilə imzalayıb. TFF I Liqanın geridə qalan 22 turunda 23 xal toplayan bursalılar turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Qeyri-sabit mövsüm keçirən, dəfələrlə baş məşqçi dəyişən klubda maliyyə böhranı hökm sürür. Üç aydır ödəmələri gecikdirən yönəticilər artıq istefa verib.
Xülasə, "Bursaspor"da iqtisadi krizis pik həddə çatıb. Belə bir vaxtda Tamer Tunanın yığmamızın vingeri ilə bağlı xoş fikirlər söyləməsi səbəbsiz deyil.
Baş məşqçi ilə təkbətək görüşən Namiq klubdan Türkiyə Futbol Federasyası və FİFA-ya şikayət etməyəcəyini söyləyib.
O, müqavilə şərtlərinin yerinə yetiriləcəyinə inandığını, növbəti turlarda daha yaxşı performans sərgiləməyə çalışacağını bildirib.
Tuna da öz növbəsində Ələgəsrova təşəkkür edib, ona daim əsas heyətdə şans verəcəyini deyib.
SPORTİNFO.AZ

