
Portuqaliya çempionatında 20-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" növbəti matçına çıxıb.
Onlar səfərdə “Portimonense” ilə qarşılaşıb. Dadaşovun komandası 2:1 hesablı qələbə qazanıb.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Tondela” 20 turdan sonra 20 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.