"Axtardığımız bu idi, onu Mahirdə tapdıq, diqqətli olmalıyıq"

6 Fevral 2022 00:40 Bizimkilər 628
"Axtardığımız bu idi, onu Mahirdə tapdıq, diqqətli olmalıyıq"

"Mahir Emreli "İstra 1961" ilə oyunda olmayacaq, hazırda fərdi şəkildə məşq edir".

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç deyib.

45 yaşlı mütəxəssis 25 yaşlı hücumçunun uzun müddət məşqlərdən kənarda qaldığını xatırladıb:

"Bu səbəbdən Emreli ilə diqqətli olmalıyıq. Onunla bağlı danışıqlar uzun çəkib.

Amma inanıram ki, tezliklə komanda üçün mübarizə apara biləcək. Mahirin nə vaxt meydana çıxa biləcəyini dəqiq deyə bilməyəcəyəm".

Kopiç oyunçunun hücumun müxtəlif mövqelərində oynaya bildiyini söyləyib: "Axtardığımız da bu idi.

Daha çox mövqe və sistemdə oynaya bilən futbolçu axtarırdıq. Bunu Emrelidə tapdıq".

"Legiya"dan ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti