
Vüsal İsgəndərli Türkiyə çempionatında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Keçiörengücü” TFF I Liqasında XXIII tur matçına çıxıb.
Ankarada “Samsunspor”u qəbul edən “Keçiörengücü” 1:1 hesablı bərabərliklə kifayətlənib. Halbuki matçda hesabı 22-ci dəqiqədə meydan sahibləri açıb.
Ancaq qonaqlar 64-cü dəqiqədə bərabərlik topunu vurmağı bacarıb. Start heyətində meydana çıxan Vüsal 71-ci dəqiqədə əvəzlənib.
“Keçiörengücü” hazırda 27 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.