Namiq “Neftçi”dəki yerinə qayıtarılır – Tuna bu qərarı verdi

5 Fevral 2022 09:20 Bizimkilər 2 038
Namiq “Neftçi”dəki yerinə qayıtarılır – Tuna bu qərarı verdi

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun “Bursaspor”dakı mövqeyi dəyişir.

Sportinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Tamer Tuna 27 yaşlı oyunçunu hücumun mərkəzinə çəkmək qərarına gəlib.

Buna səbəb yeganə təcrübəli hücumçu kimi məhz Ələskərovun komandada olmasıdır. Eren Güler zədədən əziyyət çəkirsə, Tim Matavzla yollar ayrılıb, Elton Akolatse isə düşərgəyə qayıtmayıb.

Bu səbəbdən oyun planında dəyişikliklər etmək məcburiyyətində qalan baş məşqçi Namikə mövsümün qalan hissəsində “Neftçi”də çıxış etdiyi mövqedə şans vermək qərarına gəlib.

TFF I Liqasının XXIII turu çərçivəsində fevralın 5-də “Altınordu” ilə matçda ilk dəqiqələrdən komandanın əsas qol ümidi olacaq həmyerlimizin əsas əvəzləyicisi rolunu 18 yaşlı Hasan Sabri Karaca oynayacaq.

Namiq Ələskərov bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub, 4 məhsuldar ötürmə verib. O, yerli mətbuata müsahibəsində hücumun mərkəzində oynamaq istəyini gizlətməyib.

Digər Xəbərlər
Xəbər Lenti