Futbolçumuz 4 dəfə çox qazanacaq – Getdiyi bu ölkədə

23 Yanvar 17:00 Bizimkilər 1 134
Futbolçumuz 4 dəfə çox qazanacaq – Getdiyi bu ölkədə

“Səbail”dəki çıxışı ilə yadda qalan Turan Manafov bundan sonra legioner həyatı yaşayacaq.

2019-cu ildən “Səbail”in uğurları üçün tər tökən müdafiəçi “Olimpiakos Volos”unda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Futbolçunun ölkə xaricinə yollanmasında əsas məqsədi Yunanıstandan tramplin kimi istifadə etmək olsa da, işin maddi tərəfini də düşünüb.

Turan yeni klubunda aylıq 2500 avro əməkhaqqı alacaq. Bu isə Azərbaycanda qazandığından nə az, nə çox, 4 dəfə çoxdur.

“Səbail”də aylıq maaşı 1200 manat təşkil edən futbolçu 5 ay üçün təxminən 25 min manat qazanacaq ki, bu məbləği əldə etmək üçün Bayıl təmsilçisində 2 il tər tökməliydi.

Manafov özünü yaxşı tərəfdən göstərməyi bacarsa, təkliflər başından yağacaq. Belədə, “Olimpiakos Volos”da qala, ya da başqa kluba keçmək imkanı yaranacaq. Bu isə daha çox qazanc anlamına gələcək.

Turan Manafov 2019-un yayından şərəfini qoruduğu “Səbail”də Azərbaycan Premyer Liqasında 58 oyunda şans qazanmaqla 2 qola imza atıb.

U-21-də 7 matçın iştirakçısı olan 23 yaşlı futbolçu ölkə kubokunda 3 dəfə meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti