Azərbaycanlı məşqçi ABŞ-da məşhurlarla bir arada - “Ayaks”, “Borussiya”, “Vilyareal"... FOTO

22 Yanvar 2022 20:40 Bizimkilər 1 023
Azərbaycanlı məşqçi ABŞ-da məşhurlarla bir arada - “Ayaks”, “Borussiya”, “Vilyareal"... FOTO

Bu günlər ABŞ-da məşqçilər üçün ümumdünya konqresi keçirilir.

Kanzasda təşkil olunan Birləşmiş Futbol Məşqçilərinin Konvensiyasında “Ayaks”, “Vilyareal”, “Ayntraxt”, “Borussiya” (Dortmund) kimi aparıcı Avropa klublarının məşqçiləri iştirak edir.

6 minə yaxın iştirakçının, 300-dən artıq təlimatçının yer aldığı konqresdə azərbaycanlı məşqçini də görmək mümkündür.

Bu, uzun illər aşağı yaş qruplarından ibarət millilərdə çalışmış, “Kəpəz”in baş məşqçisi olmuş Etibar İbrahimovdur.

2 ilə yaxındır ABŞ-da yaşayan gəncəli mütəxəssis dünyanın bir çox tanınmış məşqçiləri ilə görüşür, fikir mübadiləsi aparır, Azərbaycanı təmsil etdiyini bildirir.

Pro kateqoriyalı mütəxəssis vaxtilə Azərbaycanın U-15, U-16, U-17 və U-19 millilərində köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Daha sonra Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi vəzifəsini yerinə yetirib. Sonuncu iş yeri 2018-19 mövsümündə Birinci Divizionda mübarizə aparan “Kəpəz” olub.

İbrahimovun bu il yenidən vətənə qayıdıb, məşqçiliklə məşğul olacağı gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti