Azərbaycandakı 10 illik karyerasına "xətt çəkən" məşqçi ABŞ-a köçdü

2 Dekabr 2021 23:20 Bizimkilər 1 408
Azərbaycandakı 10 illik karyerasına "xətt çəkən" məşqçi ABŞ-a köçdü

Azərbaycanlı futbol məşqçisi Ruhin Əliyev vətəni tərk edib.

10 ildən artıqdır Azərbaycan futboluna xidmət edən gənc uşaq məşqçi ölkəmizdəki futbol səhifəsini özü üçün bağlayaraq, uzaq Amerika Birləşmiş Ştatlarına köç edib.

Ruhinin belə qərar verməsində onun uşaq futbolunda gördüyü ədalətsizlik, sistemsizlik və gələcəyə hesablanan heç bir perespektivin olmaması əsas rol oynayıb.

Bir aya yaxındır ABŞ-da olan Əliyev, orada yaxın dostlarının biznesinə kömək edir.

Xatırladaq ki, Ruhin 10 il öncə uşaq futbolunda məşqçiliyə başlayıb. O, bu müddətdə "LEON" uşaq futbol məktəbində, "Vətən" futbol məktəbində, "Sabah" və "Sumqayıt" futbol klublarında çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”