Azərbaycanlı futbolçu ilk qollarını vurdu – Ukraynadan VİDEO

27 Oktyabr 2021 16:20 Bizimkilər 1 090
Azərbaycanlı futbolçu ilk qollarını vurdu – Ukraynadan VİDEO

"Aleksandriya"da çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Metallist 1925"i 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.

Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub.

2018-ci ildən "Aleksandriya"nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyunda meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi