"Əvvəl oynamağa haqq qazansın, sonra nələr olacağını görəcəyik”

22 Yanvar 2021 17:20 Bizimkilər 643
"Əvvəl oynamağa haqq qazansın, sonra nələr olacağını görəcəyik”

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni komandası “Telstar”da ayrılıq baş verib.

Sportinfo.az xəbər verir ki, Niderland təmsilçisində icarə əsasında çıxış edən hücumçu Sebastyan Soto müqavilə ilə məxsus olduğu İngiltərə klubu “Norviç”ə qayıdıb.

Cari mövsüm ikinci liqada keçirdiyi 12 oyunda 7 qol vuran ABŞ millisinin üzvünü “Telstar”da məhz “Sabah”dan icarəyə götürülən Ozan Can əvəz edə bilər.

Yerli mətbuat Ozanın özünü göstərəcəyi təqdirdə, boşluğu dolduracağını, lakin təcrübəsiz olduğundan şansının az olduğunu yazıb.

Baş məşqçi Andries Yonker bunun üçün yığmamızın üzvünün tam hazır olmasını istəyir: “Ozan Can əvvəlcə oynamağa haqq qazansın, daha sonra nələr olacağını görəcəyik”.

Ozan Can Kökçü “Telstar”a mövsümün sonuna qədər icarəyə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi