Yığmamıza Kosovoya uduzdu, Avropa çempionatında mübarizəni dayandırdı

14 İyul 2024 02:40 Basketbol 1 177
Yığmamıza Kosovoya uduzdu, Avropa çempionatında mübarizəni dayandırdı

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Kosovo ilə qarşılaşan yığmamız 41:76 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Tahir Baxşıyevin komandası qrup mərhələsində Albaniyaya 56:60 hesabı ilə uduzub, sonrakı iki görüşdə isə Moldova (78:55) və Maltanı (56:50) üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi