Onlardan biri “Neftçi”dir!

22 Aprel 03:10 Basketbol 378
Onlardan biri “Neftçi”dir!

Azərbaycan Basketbol Liqasında iki yarımfinalçı müəyyənləşib

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən pley-off qarşılaşmalarından sonra növbəti mərhələyə adlayan komandalar bəlli olub.

"Sərhədçi"yə 104:77 hesabı ilə qalib gələn "Sabah" yarımfinala yüksəlib. Bu komandalar arasında keçirilən ilk matçda da "bayquşlar" qələbə (90:64) qazanmışdı.

Növbəti yarımfinalçının adına "Ordu" - "Neftçi" görüşündə aydınlıq gəlib. Rəqibini 88:54 hesabı ilə üstələyən "ağ-qaralar" adını növbəti raunda yazdırıb.

Tərəflər arasında reallaşan ilk görüşdə də "Neftçi" qalib (93:84) gəlmişdi.

"Sabah" finala gedən yolda "Şəki" - "Gəncə", "Neftçi" isə "Naxçıvan" - "Abşeron" cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM