“Qaçırdıq, zəif çıxış etdik, bu, uduzmağımızda önəmli oldu"

16 Yanvar 2025 08:30 Basketbol 693
“Qaçırdıq, zəif çıxış etdik, bu, uduzmağımızda önəmli oldu"

"Çatışmazlıqları aradan qaldırmalı, daha yaxşı hazırlaşmalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə 66:72 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Hesaba baxdığımızda ortalama 100 xalla oynayan “Şəki”ni 72 xalda saxladıq, özümüz isə 66 xal qazandıq.

Ritmsiz oynadıq. 16 dəfə sərbəst atışı qaçırdıq. 3 xallq atışlarda əvvəlki göstəricilərimizdən çox zəif nəticə əldə etdik. Oyunu uduzmağımızda bu önəmli oldu".

H.Atlının sözlərinə görə, matçın gedişində bir basketbolçunu cəza səbəbindən itirmələri də oyunlarına təsir edib:

"Qarşıda “Lənkəran” ilə səfər oyunumuz var. Lənkərana qələbə üçün gedəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır