COP29

“Pis təsir bağışladıq”

10 Dekabr 2024 03:20 Basketbol 262
“Pis təsir bağışladıq”

“Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm".

Sportinfo.az xəbər verir ki, bunu "Ordu”nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan Azərbaycan Basketbol Liqasının V turunda "Quba"ya məğlub olduqları oyun barəsində danışıb:

“Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm. Ancaq belə olmadı. Həm içəridən, həm də 3 xallıq atışlarda dəqiq oynaya bilmədik.

Müdafiədə də pis təsir bağışladıq. Xüsusilə sürətli hücumlar üzərində işləyirik. Səhvlərimizi təhlil edirik ki, gələcək matçlarda belə halla qarşılaşmayaq".

O, VI turda üz-üzə gələcəkləri "Sumqayıt" görüşünün çətin keçəcəyini söyləyib:

“Sumqayıt”ı səfərdə məğlub etmişik. Amma bu qarşılaşma daha çətin olacaq.

Onlar yeni oyunçularla gücləniblər, rotasiya imkanları artıb. Xüsusilə son matçları göstərir ki, komandada ab-hava dəyişib.

Amma biz də meydana yalnız qələbə üçün çıxacağıq. Hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik".

"Ordu" yer aldığı B qrupunda 8 xalla ikinci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti