COP29

“Bu, əsas problemdir” - Məğlubiyyətin əsas səbəbini açıqladı

7 Noyabr 03:50 Basketbol 291
“Bu, əsas problemdir” - Məğlubiyyətin əsas səbəbini açıqladı

“Oyunla bağlı deyiləcək çox söz yoxdur.

Rotasiya ilə bağlı problemlərimiz davam edir”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Avropa kubokunun qrup mərhələsində “Marussi” ilə oyunu şərh edib:

“Üstəlik oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb.

Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu.

Bu, əsas problemdir. Səhvlərimiz də oldu.

FIBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk.

Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir”.

Azərbaycan çempionu 5-ci turda Yunanıstanda 71:82 hesabı ilə uduzub.

Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!