Sponsor kluba büdcə ayırmaqdan imtina etdi, federasiya “yük”ün altına girdi

7 Sentyabr 2024 14:40 Basketbol 1 035
Sponsor kluba büdcə ayırmaqdan imtina etdi, federasiya “yük”ün altına girdi

Azərbaycanın "NTD-İndiqo" basketbol klubunun adı dəyişdirilib.

Komanda bu mövsümdən NTD adlandırılacaq və yenidən Bakını təmsil edəcək.

Həmçinin klubun yeni loqosu təqdim olunub. Baş məşqçi Tahir Baxşıyev komandadakı işini davam etdirəcək.

NTD öncə Xaçmazı təmsil edirdi. Ad dəyişikliyi sponsorun onlarla əməkdaşlığı dayandırmasıyla əlaqədardır. Sözügedən şirkət bu layihənin davam etdirilməsinə büdcə ayırmayıb.

Odur ki, Azərbaycan Basketbol Federasiyası (ABF) klubun yaşaması üçün növbəti addımı atmalı olub.

ABF yeni mövsüm üçün xərclərin bir hissəsini öz üzərinə götürüb. Həmçinin federasiya NTD-yə yeni himayədar axtarışına çıxıb.

SPORTİNFO.AZ

Sponsor kluba büdcə ayırmaqdan imtina etdi, federasiya

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır