İşğaldan qurtulan rayonlarda yaradılacaq klublar haqda YENİ AÇIQLAMA

22 Noyabr 2020 00:00 Azərbaycan Futbolu 1 240
İşğaldan qurtulan rayonlarda yaradılacaq klublar haqda YENİ AÇIQLAMA

“İndi pandemiya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi dayandırılıb.

Lakin tezliklə yarımçıq qalan və yeni layihələrə start veriləcəyinə ümid edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın Kütləvi Futbol Departamentinin yeni rəhbəri Fərrux İsmayılov deyib.

Azərbaycan millisinin sabiq futbolçusu AFFA-nın feysbuk səhifəsinə açıqlamasında koronavirus pandemiyasının bütün sahələr kimi, kütləvi futbola da mənfi təsir etdiyini də vurğulayıb, həmçinin əsas hədəflərdən danışıb:

“Əsas məqsədlərdən biri işğaldan azad olunmuş rayon və şəhərlərin futbol klublarını yaratmaq olacaq. Bu komandaların Region Liqasında iştirakını təmin edəcəyik ki, bunu da AFFA rəsmən açıqlayıb.

Hədəflərdən biri də budur ki, Region Liqasında Qarabağ regionunun yaradılması ilə bağlı işlər görülsün. Əhalimiz orada məskunlaşandan sonra futbolla bağlı çoxlu layihələr həyata keçirəcəyik”.

İsmayılov bu vəzifəyə təyinatına da toxunub: "Kütləvi Futbol Departamentinə rəhbərlik etməyim AFFA-dan məsləhət bilindi. Bu etimada görə AFFA rəhbərliyinə təşəkkür edirəm.

Keçidlə bağlı “Neftçi” rəhbərliyi ilə də danışdım. Onlar da mənə dəstək oldular. Bu məndə bir qədər də özünəinam yaratdı. Klub rəsmiləri ilə halallaşdıqdan sonra Kütləvi Futbol Departamentinin yeni rəhbəri olmağa razılıq verdim”.

Xəbər Lenti