
Deyəsən, ölkə çempionatı və millinin oyunları kimi AFFA da istirahətə yollanıb.
Hər halda federasiyanın rəsmi saytına nəzər salanda bu qənaətə gəlmək olar.
Sportinfo.az xəbər verir ki, U-21 yığma komandanın üzvləri arasında klubunu dəyişən də var, klubsuz qalan da. Amma AFFA-nın rəsmi saytına görə futbolçular hələ də əvvəlki komandalarında oynayır.
Məsələn, Murad Popov hələ mövsüm çatan kimi “Qəbələ”dən göndərilib. Hüseyn Seyliğli isə “Beşiktaş”a lazım olmayıb. Barış Ekincier “Austriya Klagenfurt”, Nicat Süleymanov “Zirə”, Ziya Əzizov “Keşlə”, Tural Bayramlı “Keşlə”, Turan Manafov isə “Səbail” klubuna keçib. Ümid edək ki, federasiyanın saytı tezliklə "yay yuxusu"ndan ayılar.