“Neftçi” və “Xəzər-Lənkəran” 20 il sonra... VİDEO

11 İyun 11:00 Azərbaycan Futbolu 1 943
“Neftçi” və “Xəzər-Lənkəran” 20 il sonra... VİDEO

Azərbaycanda keçirilən ilk «Qızıl oyun»dan 20 il keçir.

Həmin vaxt «Xəzər Lənkəran»la «Neftçi» Gəncədə üz-üzə gəldi.

Hər iki komanda mövsümün əsas vaxtını 78 xalla bitirdiyindən, Nizami yurdunda təşkil olunan matç çempionu müəyyən edəcəkdi.

Burada isə gülən tərəf «ağ-qaralar» idi: onlar 2:1 hesabıyla qalib gələrək, qızıl medalları əldə etdi.

«CBC Sport» bu qarşılaşma ilə bağlı sənədli film hazırlayıb. Həm «Xəzər Lənkəran»ın, həm də «Neftçi»nin təmsilçiləri o günləri xatırlayıb, çempionluq görüşündan əvvəl və sonra başverənləri dilə gətirib.

Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov, ovaxtkı baş məşqçisi Rasim Kara, futbolçulardan Samir Əliyev və Alim Qurbanov danışıb.

Paytaxt təmsilçisindən isə vitse-prezident Ramin Musayev, çalışdırıcı Ağasəlim Mircavadov, həmçinin Qurban Qurbanov, Rəşad Sadıqov, Mahmud Qurbanov və Ruslan Abbasov maraqlı etiraflar edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!