“Qarabağ” və “Neftçi”nin istədiyi oyunçular - Transfer bazarına aid hər şey bu VİDEOda

10 İyun 16:00 Azərbaycan Futbolu 1 535
“Qarabağ” və “Neftçi”nin istədiyi oyunçular - Transfer bazarına aid hər şey bu VİDEOda

“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet”in növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalistlər Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə Azərbaycan futbolunda baş verən son hadisələrə toxunulub, aktual müzakirələrdə maraqlı fikirlər səsləndirilib.

Xüsusilə milli komandamızın mövcud durumundan danışılıb,

Macarsıtanla oyunda yaşanacaq məğlubiyyət fonunda baş məşqçi Fernandu Santuşla yolların ayrılacağı barədə iddialara münasibət bildirilib.

“Qarabağ” və “Neftçi”də transfer hərəkatından bəhs edilib, komandaların son durumu haqda maraqlı fikirlər səsləndirilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

Verilişin tam bölümünü aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti