Bir zəhmət, digər klublarımız da "Qarabağ"ın təcrübəsindən yararlansın!

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri məlum oldu.

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) çütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqasında mübarizəyə başlayacaq "Sabah"ı Sloveniya "Sele"si gözləyir.

Konfrans Liqasındakı təmsilçilərimizdən "Araz-Naxçıvan" Yunanıstan "Aris"nə, "Zirə" isə Xorvatiya "Hayduk"una rəqib olub.

"Qarabağ" və "Sabah"a nisbətən münasib rəqib düşdüyü aydın görünür.

Digər iki təmsilçimizi isə daha ciddi rəqiblər gözləyir.

Əslində "tələblər"in rəqibi barədə "nisbətən asan rəqib" sözü o qədər uyğun gəlmir. Sloveniya klubunun ötən mövsüm Konfrans Liqasında 1/4 final mərhələsinə qədər yüksəlməsi çox şeyi deyir.

Amma nədənsə daha çox "Araz" və "Zirə"nin rəqibləri ciddi müzakirə olunur.

Təəssüf ki, indidən "Araz" və "Zirə"nin şansını görməyənlər çoxluq təşkil edir.

Hər iki klubun mümkün məğlubiyyətinə zəmin yaradılır, bərat qazandırılır.

Belə olmalı deyil.

Nə "Hayduk", nə də "Aris" Avropanın top klubları deyil.

Heç heyətində də 10 milyonluq futbolçular da yer almır.

Bəli, daha səviyyəli, daha keyfiyyətli komandalardı.

Amma heç bir halda bu fakt əsas vermir ki, klublarımız iştirak xatirinə meydana çıxsınlar.

O zaman mövsüm boyu əziyyət çəkib, böyük pullar xərcləyib avrokuboklara getməyin mənası nə idi?

Böyümək elə belə matçlardan keçir.

Qələbəyə inanmaq lazımdır. Münasib rəqiblər üçün belə sınaqlardan üzüağ çıxmalısan.

Necə ki, "Qarabağ" zamanında özündən dəfələrlə güclü "Rosenborq", "Visla" kimi rəqibləri sıradan çıxararaq bu günlərə gəlib çıxıb.

Bir zəhmət, digər klublarımız da bu təcrübədən yararlansın.

Yox, məqsəd elə Avropa arenasında iştirak etmək, münasib rəqib düşərsə 1 mərhələ keçməkdirsə, sponsorun əlavə büdcəni ayırmasına nə gərək var?

"Şamaxı" kimi dövlət dotasiyasının hesabına ayaqda qalın, ortabab kollektiv yaradın olsun-bitsin.

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri məlum oldu.

"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) çütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqasında mübarizəyə başlayacağıq "Sabah"ı Sloveniya "Sele"si gözləyir.

Konfrans Liqasındakı təmsilçilərimizdən "Araz-Naxçıvan" Yunanıstan "Aris"nə, "Zirə" isə Xorvatiya "Hayduk"una rəqib olub.

"Qarabağ" və "Sabah"a nisbətən münasib rəqib düşdüyü aydın görünür.

Digər iki təmsilçimizi isə daha ciddi rəqiblər gözləyir.

Təəssüf ki, indidən "Araz" və "Zirə"nin şansını görməyənlər çoxluq təşkil edir.

Hər iki klubun mümkün məğlubiyyətinə zəmin yaradılır, bərat qazandırılır.

Belə olmalı deyil.

Nə "Hayduk", nə də "Aris" Avropanın top klubları deyil.

Heç heyətində də 10 milyonluq futbolçular yer almır.

Bəli, daha səviyyəli, daha keyfiyyətli komandalardı.

Amma heç bir halda bu fakt əsas vermir ki, klublarımız iştirak xatirinə meydana çıxsınlar.

O zaman mövsüm boyu əziyyət çəkib, böyük pullar xərcləyib avrokuboklara getməyin mənası nə idi?

Böyümək elə belə matçlardan keçir.

Qələbəyə inanmaq lazımdır. Münasib rəqiblər üçün belə sınaqlardan üzüağ çıxmalısan.

Necə ki, "Qarabağ" zamanında özündən dəfələrlə güclü "Rosenborq", "Visla" kimi rəqibləri sıradan çıxararaq bu günlərə gəlib çıxıb.

Bir zəhmət, digər klublarımız da bu təcrübədən yararlansın.

Yox, məqsəd elə Avropa arenasında iştirak etmək, münasib rəqib düşərsə 1 mərhələ keçməkdirsə, sponsorun əlavə büdcəni ayırmasına nə gərək var?

"Şamaxı" kimi dövlət dotasiyasının hesabına ayaqda qalın, ortabab kollektiv yaradın olsun bitsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti