Azərbaycan klubları hərəkətə keçdi - Bəs onlar nəyi gözləyir?

15 İyun 17:45 Azərbaycan Futbolu 1 027
Azərbaycan klubları hərəkətə keçdi - Bəs onlar nəyi gözləyir?

Azərbaycan futbolunda daha bir mövsüm arxada qaldı.

Artıq klublar yeni mövsüm üçün hazırlıqlara start verib.

Heyətin komplektləşdirilməsinə start verən təmsilçilərimizdə gedən-qalan futbolçular bilinməkdədir.

Aktivləşən Premyer Liqa klublarının sırasında bir illik aradan sonra elitaya qayıdan "Qəbələ" də var.

16 ildən sonra yüksək liqaya vəsiqə əldə edən "İmişli"də də tam səssizlik olduğunu demək olmaz.

Ən azından aran təmsilçisinin Çexiyadan Bakıya əcnəbi baş məşqçi dəvət etməsi belə düşünməyə əsas verir.

Amma "Karvan"da tam sükutdur.

Klub son olaraq təbii meydanı süni örtüklə əvəz edəcəyi ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.

Heyətdə yer alan yerli-əcnəbi futbolçuların taleyi sual olaraq qalır.

Yevlax klubunun nə vaxt bir araya gələcəyi, harada hazırlıq keçəcəyi, hansı hədəflər uğurunda mübarizə aparacağı da cavabsız suallar arasındadır.

Futbol ictimaiyyəti əksini gözləyirdi.

Ki, bu qədər aradan sonra böyük futbolun Yevlaxa qayıtması klub rəhbərliyini hərəkətə gətirər.

Dövlət dotasiyasından əlavə büdcə ayrılar, iddialı heyət formalaşdırılır və.s.

Deyəsən, bölgə klubunda hələ də birinci liqa havası davam edir.

Bəylər, ayının, bura Premyer Liqadı.

Gecikəndə, azacıq səhvə yol verənə yer yoxdur.

Əgər niyyət elitada qalmaqdırsa.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü