
AFFA-da Əvəzedici Liqanın ləğv edilməsi bağlı tərəddüd davam edir.
Aylar öncədən "ikincilər"in yarışını ləğv etmək barədə düşünən federasiya rəsmiləri hələ də son qərarı verməkdə çətinlik çəkir.
Buna səbəb futbol mütəxəssislərinin bu fikirə isti yanaşmamasıdır.
Son günlər bir neçə klubun akademiya rəhbəri ilə təkbətək müzakirə aparılıb.
Hamısı bir ağızdan liqanın ləğv edilməsinin yanlış qərar olduğunu AFFA mənsublarının diqqətinə çatdırıb.
Klub rəsmiləri bunu bir neçə tutarlı arqumentlərlə əsaslandırıb.
Mütəxəssislərin müsbət rəyi federasiyanın yekun qərarına təsir edə bilər.
Ehtimal var ki, Əvəzedici Liqanın ləğv edilməsi bu mövsüm də təxirə salınsın.
XANOĞLAN / SPORTİNFO.AZ